AZ

DÇ-2026-da Avropa zonası üzrə seçmə mərhələnin püşkü atıldı

2026-cı ildə ABŞ, Meksika və Kanada keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

"Unikal" xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan tədbirdə qrupların tərkibi müəyyənləşib.

Püşkatmanın nəticəsinə görə komandalar aşağıdakı qruplarda mübarizə aparacaqlar:

A qrupu: Almaniya/İtaliya cütünün qalibi, Slovakiya, Şimali İrlandiya, Lüksemburq

B qrupu: İsveçrə, İsveç, Sloveniya, Kosovo

C qrupu: Portuqaliya/Danimarka cütünün məğlubu, Yunanıstan, Şotlandiya, Belarus

D qrupu: Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna, İslandiya, Azərbaycan

E qrupu: İspaniya/Niderland cütünün qalibi, Türkiyə, Gürcüstan, Bolqarıstan

F qrupu: Portuqaliya/Danimarka cütünün qalibi, İrlandiya, Ermənistan

G qrupu: İspaniya/Niderland cütünün məğlubu, Polşa, Finlandiya, Litva, Malta

H qrupu: Avstriya, Rumıniya, Bosniya və Herseqovina, Kipr, San-Marino

I qrupu: Almaniya/İtaliya cütünün məğlubu, Norveç, İsrail, Estoniya, Moldova

J qrupu: Belçika, Uels, Şimali Makedoniya, Qazaxıstan, Lixtenşteyn

K qrupu: İngiltərə, Serbiya, Albaniya, Latviya, Andorra

L qrupu: Fransa/Xorvatiya cütünün məğlubu, Çexiya, Monteneqro, Farer adaları, Cəbəllütariq

Seçmə mərhələnin oyunları 2025-ci ilin mart ayında start götürəcək. Qrup birinciləri mundiala birbaşa vəsiqə əldə edəcəklər. İkinci pillənin sahibləri isə pley-offda oynamaq hüququ qazanacaqlar.

Qeyd edək ki, dünya çempionatları tarixində final mərhələsi ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək.

Seçilən
38
50
unikal.az

10Mənbələr