AZ

Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiləyib

Bakı. Trend:

Prezident İlham Əliyev Mülki Prosessual Məcəlləsində dəyişiklikedilməsi barədə Qanunu təsdiləyib

Trend xəbər verir ki, qanunaəsasən, 67-1.5-ci maddənin birinci cümləsinə, 159.1-ci və 493.1-cimaddələrə “təxirə salınmadan” sözlərindən sonra “, lakin sonrakı işgünündən gec olmayaraq” sözləri əlavə edilsin.

161.3-cü maddənin birinci cümləsinə “məsələsi” sözündən sonra“bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində”sözləri əlavə edilsin.

162.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavəedilsin:

“Müvəqqəti təminat tədbirinin ləğv olunması barədə ərizəyəməhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində baxılır və həlledilir.”.

184.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələrəlavə edilsin:

“Vəsatətə onun təqdim edildiyi və ya növbəti məhkəmə iclasındangec olmayaraq baxılır. Vəsatətdə göstərilən məsələ təxirəsalınmazqaydada həll edilməli olduqda, vəsatətə baxılması ilə bağlı işdəiştirak edən şəxslərə məlumat verilməklə məhkəmə iclası təyin ediləbilər.”.

228.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavəedilsin:

“Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıqhesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxilolduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir.”.

229.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılmasıbarədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-cimaddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuniqüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavəqərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuniqüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və yaəlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonraməhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəməiclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onlarıngəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavəqərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətindəqəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılmasıqətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirəsalmır.”.

230.4-cü maddənin birinci cümləsinə “məsələsi” sözündən sonra“bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində”sözləri əlavə edilsin.

355-1.1-ci maddədən “ilə bağlı hərəkətləri” sözləriçıxarılsın.

Seçilən
5
9
az.trend.az

10Mənbələr