Kəlbəcər dağlarında görülən işlərin görünməyən tərəfləri — VİDEO
SOCAR-ın “Azəriqaz” İB tərəfindən Kəlbəcər rayonunun Zar kəndinə qaz xəttinin çəkilişi davam edir. Layihəyə əsasən 10500 metr məsafədə müxtəlif diametrli polietilen və metal borularla qaz xətti çəkilir. İşlərin artıq 90%-i yerinə yetirilib. Çətin relyefli dağ şəraitində işləri həyata keçirən Birliyin əməkdaşları üçün modul tipli yaşayış məntəqəsi inşa edilib ki, burada da əməkdaşlar üçün hər bir şərait yaradılıb.
Ətraflı videoreportajdan izləyə bilərsiniz: