AZ

Ağ Ev İslamofobiya ilə mübarizədə millii strategiya təqdim edib

Bakı, TurkicWorld

Ağ Ev İslamofobiya ilə mübarizə üçün ilk milli strategiyanı təqdim edib

TurkicWorld xəbər verir ki , Ağ evdən dünən açıqlanan strategiyada, xüsusilə müsəlman və ərəb amerikalılara qarşı nifrət, zorakılıq, qərəz və ayrı-seçkiliyi azaltmaq məqsədilə federal rəsmilərin həyata keçirə biləcəyi 100-dən çox tədbir yer alır.

Bu təşəbbüs, ABŞ-da yəhudilərə qarşı nifrət və ayrı-seçkiliyin artması ilə bağlı narahatlıqlar fonunda prezident Co Baydenin 2023-cü ilin mayında elan etdiyi antisemitizmlə mübarizə planının ardınca təqdim edilib.

Rəsmilərin aylardır üzərində işlədiyi bu plan, Baydenin vəzifədən getməsinə cəmi beş həftə qalmış açıqlanıb. Bu, strategiyanın həyata keçirilməsinin əsasən seçilmiş prezident Donald Trampın administrasiyasına düşəcəyini göstərir.

Bayden administrasiyası strategiya ilə bağlı verdiyi açıqlamada "Son bir il ərzində müsəlman və ərəb amerikalı icmalarına qarşı təhdidlərin artması bu təşəbbüsün vacibliyini daha da artırıb." - deyə bildirib.

Administrasiya, həmçinin, 2023-cü ilin oktyabrında İllinoys ştatında bıçaqlanaraq öldürülən 6 yaşlı Fələstin əsilli amerikalı müsəlman Vadea Əl-Fayoumun faciəsinə istinad edib.

Məlumata görə, planda cəmiyyətin bütün təbəqələrini əhatə edən 100-dən çox konkret addım, o cümlədən icra hakimiyyətinin ata biləcəyi tədbirlər də öz əksini tapıb.

Seçilən
13
turkic.world

1Mənbələr