Suriyanın cənubundakı 6 druz kəndinin liderləri İsrailə birləşmək çağırışıyla çıxış ediblər.
Onlar "sələfi-cihadçı" adlandırdıqları üsyançıların hakimiyyəti ələ keçirdikləri ərazilərdə təhlükəsizliklərindən qorxaraq İsrailin idarəçiliyi altında yaşamağa üstünlük verdiklərini deyirlər.
Hafta.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "Qolos İzrailya" ("İsrailin səsi") telegram-kanalı məlumat yayıb.
Onlar həmçinin İsrail tərəfdəki druz kəndlərində yaşayan dost və qohumları ilə bir araya gəlmək istəklərini bildiriblər.
Çağırışda İsraildən Suriyanın cənubunda yerləşən bufer zonada mövcudluğunu saxlamaq tələbi yer alır və bunun yerli sakinlərin təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu vurğulanır.