AZ

Diplomatik və xidməti pasport sahibləri qısamüddətli vizadan qarşılıqlı azad edib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.

Qanuna əsasən, Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatik, xüsusi və xidməti pasport sahiblərini qısamüddətli vizadan qarşılıqlı azad edilir.

“Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu” sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

XXX

Azərbaycanla İndoneziya arasında da diplomatik və xidməti pasport sahibləri vizadan azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

“Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş” sentyabrın 27-də Nyu-York şəhərində imzalanıb.

Seçilən
1
32
marja.az

10Mənbələr