AZ

Dövlət Xidməti magistratura və rezidentura bitirənlərin hərbi xidmətdən azad edilməsi təklifinə münasibət bildirib

Mövcud qanunvericilikdə dinc dövrdə çağırışdan azad edilənlərin kateqoriyası müəyyənləşdirilib.

FED.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

O bildirib ki, mövcud qanunda ehtiyata və istefaya buraxılma öz əksini tapmamışdı: “Artıq yeni layihədə bu anlayışlar meydana çıxıb. Həm dinc, həm müharibə dövründə ehtiyatda qalanlarla bağlı məsələlər qanunvericilikdə olacaq. Amma ağır cinayət törədənlər birbaşa istefaya keçiriləcək. Magistratura və rezidentura bitirənlərin hərbi xidmətdən müəyyən məbləğ qarşılığında azad edilməsi bir çox dövlətdə tətbiq edilir. Layihə hazırlanarkən bu, təklif olunmuşdu. 2016-cı ildən etibarən bakalavriatla yanaşı, magistraturada təhsil alanlara da möhlət verilməyə başlandı. Bundan sonra isə magistratura təhsilinə cəlb olunanların sayı kəskin artıb. 2020-ci ildən 2024-cü ilə qədər bu təhsilə görə möhlət verilənlərin sayında 44% artım müşahidə edilir. Magistratura və rezidentura bitirənlərin müəyyən məbləğ qarşılığında hərbi xidmətdən azad edilməsi Silahlı Qüvvələrin keyfiyyətli komplektləşdirilməsinə mane ola bilər. 2020-2024-cü illər ərzində 30-35 yaşa qədər olanların hər il 0,3-0,2% hərbi xidmətə çağırılması təşkil edib. Bu, heç 1% deyil. Magistratura bitirənlərin azad olunması isə keyfiyyətli komplektləşdirməyə ciddi təsir göstərən amil ola bilər”(Apa).

Seçilən
2
5
fed.az

7Mənbələr