Mərkəzçi Demokratik Hərəkat Partiyasının 73 yaşlı lideri Fransua Bayru Fransanın yeni baş naziri təyin edilib.
Bu barədə Yelisey Sarayı məlumat yayıb.
“Respublika Prezidenti [Emmanuel Makron] cənab Fransua Bayrunu baş nazir təyin etdi və ona hökuməti qurmağı tapşırıb”, - BFM TV-nin məlumatında deyilir.
Qeyd edək ki, fransız siyasətçi karyerasına məmur kimi başlayıb, daha sonra Avropa Parlamentində çalışıb. 1993-1997-ci illərdə Fransanın təhsil və elm naziri olub. 2002 və 2007-ci illərdə prezident seçkilərində iştirak edib, 2012-ci ildə isə beşinci yeri tutub. 2017-ci ildə - ədliyyə naziri, sonra isə ikinci hökumətdə iştirakdan imtina edib.