AZ

Mərkəzi Bank sığorta şirkətinin lisenziyasını ləğv etdi

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 04 sentyabr 2009-cu tarixli, 000251 nömrəli lisenziya ləğv edilmişdir.

Bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki. “Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir.

Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaqdır.

Seçilən
2
26
fed.az

10Mənbələr