AZ

Parlamentdə hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə olunur

Azərbaycan parlamentində hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisi Azər Babayev məlumat verib.

O bildirib ki, bu təşəbbüsün əsas məqsədi sui-istifadə hallarının qarşısını almaqdır: “Hərbi xidmətə çağırış yalnız elektron qaydada həyata keçiriləcək, bunun şəffaflığın təmin olunmasında mühüm rol oynadığını xüsusilə qeyd etmək lazımdır”.

A.Babayev, həmçinin hərbi xidmət müddətinin azaldılmasında fərqli yanaşmalar üzərində düşündüklərini bildirib. Onun sözlərinə görə, bu yanaşmada ali və orta təhsilli şəxslər arasındakı fərqlərin nəzərə alınması məsələsi müzakirə olunur. İdarə rəisi Konstitusiyada hər kəsin hərbi xidmətə çağırılmasının tələb olunduğunu və burada təhsil səviyyəsinin fərqləndirilmədiyini vurğulayıb. O, bu məsələyə hələ hazır olmadıqlarını qeyd edərək, layihə qəbul olunduqdan sonra bu istiqamətdə daha ətraflı müzakirələr aparılacağını bildirilib.

Seçilən
10
5
yeniazerbaycan.com

6Mənbələr