AZ

Leyla Əliyeva Ruanda prezidenti ilə görüşüb - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

Mia.az-ın məlumatına görə, Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Seçilən
11
49
mia.az

9Mənbələr