AZ

Azərbaycanın Tehrandakı səfirliyi konsulluq xidmətlərini bərpa edir

15 dekabr 2024-cü il tarixindən  Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Konsulluq şöbəsinin əlaqə vasitələri: telefon: (+98 21) 22 59 62 90/91, faks: 22596310, elektron poçt: tehran@mission.mfa.gov.az

Bundan əvvəl bir il yarımlıq fasilədən sonra, iyulun 15-də Azərbaycanın Tehrandakı səfirliyi öz fəaliyyətini bərpa edib.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə İran vətəndaşı, avtomatla silahlanmış Yasin Hüseynzadə səfirliyə girərək mühafizəçini güllələdikdən sonra Azərbaycan səfirliyinin bütün heyəti Tehranı tərk edib.  Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, ikisi yaralanıb.

Bakı baş verənləri terror aktı kimi qiymətləndirib və İran hakimiyyətinin müvafiq qiymət verməsini tələb edib. Rəsmi Tehranın reaksiyasından məmnun qalmayan Azərbaycan rəhbərliyi səfirliyin təxliyəsi barədə qərar qəbul edib.

İran məhkəməsi səfirliyə hücum edən terrorçunu ölüm cəzasına məhkum edib.

Lakin bu hökmün icra olunub-olunmaması barədə məlumat yoxdur.

Seçilən
20
31
turan.az

10Mənbələr