AZ

Vətəndaşların ilkin hərbi qeydiyyata alınma müddəti dəyişdirilir

Bakı, 13 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının 15 yaşını tamamlayan kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınma müddətlərində dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdə əksini tapıb.

Hazırda qanuna əsasən, 15 yaşını tamamlayan vətəndaşlar yanvar-mart ayları arasında müvafiq icra hakimiyyəti orqanlarında ilkin hərbi qeydiyyata alınır. Lakin təklif edilən dəyişikliklə qeydiyyat müddəti yanvar-may ayları arasında həyata keçiriləcək. Bu dəyişiklik hərbi xidmətə çağırışçılarla bağlı qeydiyyat prosesinin daha geniş zaman çərçivəsində aparılmasını təmin edəcək.

Seçilən
17
3
azertag.az

4Mənbələr