AZ

"Azercell Telecom" abunəçilərinə müraciət edib

Son vaxtlar "Azercell Telecom" bəzi abunəçilərinin özünü şirkətin və yaxud rəsmi dilerin əməkdaşı kimi təqdim edən şəxslərin, “WhatsApp” mesaj mübadilə sistemi və digər əlaqə kanallar üzərindən yeni xidmətlərin istifadəsi və tətbiqlərin yenilənməsi, saxta yolla nömrə təklifi və satışı ilə bağlı dələduzluq niyyəti olan cəhdlər ilə qarşılaşdıqlarına dair məlumatlar əldə edir.

Mia.az-ın məlumatına görə, bu barədə "Azercell Telecom" abunəçilərinə müraciət edib.

"Göstərilənlər ilə əlaqədar “ Azercell Telecom” abunəçilərini aşağıdakı təhlükəsizlik şərtlərinə riayət etməyə çağırır:

Tanımadığınız və qeyri-rəsmi şəxslər tərəfindən, saxta və cəlbedici şərtlər ilə nömrə təklifi edən və ya məlumat almaq məqsədilə edilən zənglərə qarşı diqqətli olun;

Naməlum şəxslərdən gələn zəng və ya SMS-lər əsasında ödənişlər etməyin;

Azercell (və ya digər şirkət/şəxs) adından gələn zənglərin rəsmi olduğuna əmin olmadan heç bir tədbir görməyin;

Etibar etmədiyiniz mənbələrlə şəxsiyyət vəsiqəsinin məlumatlarını paylaşmayın;

Şübhəli məzmunlu internet saytlardan istifadə etməyin və orada keçirilən müxtəlif oyun, yarışma və s. yararlanmayın;

SMS, “Whatsapp” və sair əlaqə vasitəsilə göndərilən mesajlarda şübhəli linklərə keçid etməyin;

Etibar doğurmayan internet resurslardan istifadə etməyin;

Mesaj mübadilə sistemləri və sosial şəbəkələrdə ikiqat autentifikasiya aktivləşdirin;

Xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrələri 3-cü şəxslərə bildirməyin;

Hər hansı çətinliklə qarşılaşdıqda dərhal bu barədə müvafiq tətbiqin aidiyyəti sosial şəbəkə/mesaj mübadilə sisteminin Yardım Mərkəzinə müraciət edin".

Seçilən
17
4
mia.az

7Mənbələr