AZ

Nigeriyada 129 mindən çox terrorçu təslim oldu

Afrikanın ən sıx məskunlaşdığı ölkələrdən biri olan Nigeriyada son 5 ayda 129 mindən çox terrorçunun təslim olduğu açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriya Baş Qərargah rəisi Kristofer Musa Qətərin paytaxtı Dohada keçirilən 18-ci Afrika Təhlükəsizlik Monitorinq Konfransında mətbuata açıqlama verib.

Ölkəsində davam edən antiterror əməliyyatlarında mühüm uğurlar əldə edildiyini bildirən Musa, 10 iyul-9 dekabr tarixləri arasında ümumilikdə 129 min 419 terrorçunun silahlarını yerə qoyaraq təslim olduğunu açıqlayıb. 

Təslim olanlar arasında qadın və uşaqların da olduğu bildirilib.

Nigeriya Baş Qərargah rəisi terror təşkilatlarına qarşı əldə edilən bu uğurların ölkənin sosial-iqtisadi inkişafına töhfə verdiyini və cəmiyyətin getdikcə daha dincləşdiyini vurğulayıb.

Qeyd edək ki, Nigeriya uzun müddətdir ki, “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan “ISWAP” kimi terror təşkilatlarının hücumları və silahlı dəstələri ilə mübarizə aparır.

Bu hadisələr göstərir ki, Nigeriya terrorla mübarizədə əhəmiyyətli irəliləyiş əldə edib və ictimaiyyətin təhlükəsizliyini artırmaq üçün addımlar atır.

Seçilən
20
cebheinfo.az

1Mənbələr