AZ

Gürcüstan parlamenti mitinqlərdə maska ​​taxmağı qadağan edən qanun qəbul edib

Gürcüstan parlamenti mitinqlərdə maska ​​taxmağı və üzləri örtməyi qadağan edən qanun qəbul edib.

Bu barədə Gürcüstanın "Publika" agentliyi məlumat yayıb.

“Gürcü arzusu” mitinqdə pirotexniki vasitələrdən, maskalardan və lazerlərdən istifadəni qadağan edən, bir sıra inzibati cərimələri sərtləşdirən və polisdə işə götürülmə prosedurunu dəyişdirən qanunlar paketi qəbul edib”, - nəşr yazır.

Nəşrin məlumatına görə, etiraz aksiyalarında pirotexniki vasitələrdən istifadəyə görə 1779 dollar məbləğində cərimə tətbiq oluna bilər. Bundan əlavə, mitinqlərdə üzünü örtməyə görə 5514 dollar cərimə nəzərdə tutulub.

Seçilən
8
aznews.az

1Mənbələr