AZ

Ukraynanın enerji sektoru çökdü - MAQATE həyəcan təbili çaldı

Nəzarətində qalan 9 nüvə reaktorunun fəaliyyəti pozulacağı təqdirdə, Ukraynanın enerji sistemi dağıla bilər.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib.

O, son vaxtlar Ukraynanın enerji sistemi Rusiyanın raket hücumları səbəbindən mütəmadi olaraq problemlərlə üzləşdiyini vurğulayıb.

MAQATE rəhbəri bildirib ki, dekabrın 13-də respublikanın nəzarətində qalan 9 nüvə reaktorundan beşinə birdən hücum edilib.

Nəticədə Ukraynada istehsal həcmi nəzərəçarpacaq dərəcədə azalıb. Bu, xarici gücün azalması səbəbindən soyutma problemlərinin qarşısını almaq üçün lazım idi. "Bu gün Ukraynanın enerji sistemi üçün çətin gündür", - Grossi şikayət edib.

phrase_var_article.chosen
19
publika.az

1phrase_var_article.sources