AZ

Moskva üçtərəfli formatda imzalanan sənədlərin qüvvədə qaldığı mesajını verir -ŞƏRH

Moskva Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün əlindən gələni edir və bundan sonra da edəcək. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə açıqlamasında bildirib. O, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2023-cü illərdə imzalanmış üçtərəfli razılaşmaların əhəmiyyətini vurğulayıb.
Həmçinin qeyd edib ki, Moskva ardıcıl olaraq Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinin, sülh müqaviləsinin bağlanmasının, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarı olaraq qalır. Biz həmçinin Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyası və demarkasiyası, eləcə də Bakı ilə İrəvan arasında əlaqələrin yeni əsasda hərtərəfli inkişafının tərəfdarıyıq. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli razılaşmalar məhz bunlara istiqamətlənib. Rusiya bu üçtərəfli sazişlərin həyata keçirilməsi üçün əlindən gələni edir və bundan sonra da edəcək. 

Politoloq İlqar Vəlizadə “Sherg.a”a söyləyib ki, Rəsmi Moskva bununla Azərbaycan-Ermənistan-Rusiya formatında imzalanan sənədlərin qüvvədə qaldığını demək istəyir:

“Həmin razılıqlar əsasında Rusiya hər iki dövlətlə münasibətlər qura bilər. Amma üçtərəfli və yaxud hansısa tərəfin iştirakı ola biləcək formatlar qüvvədən düşüb. Belə olan halda Rusiyanın iştirakı ilə yalnız kommunikasiyaların açılması ilə bağlı danışıqlar öz aktuallığını qoruyub saxlaya bilər. Vaxtilə delimitasiya və demarkasiya prosesində Rusiya Baş Qərərgah İdarəsinin xəritələrindən istifadə olunub. Düşünmürəm ki, sözügedən açıqlama hansısa konseptual mövqe daşısın”.
phrase_var_article.chosen
26
sherg.az

1phrase_var_article.sources