Bakı. Trend:
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və AzərbaycanRespublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı iləjurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri vəmedia” mövzusunda təlim keçirilib.
Trend xəbərverir ki, təlimdə əsas məqsəd ölkəmizə qarşı bilərəkdən və qərəzliformada həyata keçirilən qara piar və dezinformasiyakampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısındaoperativlik və məlumatlılığının artırılmasına töhfə verməkdir.
Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri FəridŞəfiyev xarici siyasət sahəsində media təlimlərinin təşkiledilməsinin sözügedən sahə üzrə ixtisaslaşan jurnalistlərdəməlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətliolduğunu qeyd etdi. Onun sözlərinə görə, media təmsilçilərinin busahədə peşəkarlıq səviyyəsinin artırılması milli maraqlarımızınbeynəlxalq müstəvidə düzgün işıqlandırılması baxımındanvacibdir.
Mətbuat nümayəndələri üçün təlimlərin vacibliyinə toxunan Xariciİşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəbildirdi ki, məqsəd həm də jurnalistlərin ekspert kimiyetişdirilməsi və analitik yanaşmalarınıntəkmilləşdirilməsidir.
Birinci hissədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev“Azərbaycanın qonşu dövlətlər və qlobal güc mərkəzlərimünasibətləri: çağırışlar və imkanlar”, Xarici İşlər NazirliyininMətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycan-Ermənistan sülh prosesi: fürsətlər və əngəllər”, BMTM-in şöbəmüdiri Cavid Vəliyev “Azərbaycan xarici siyasətində Türk DövlətləriTəşkilatı” mövzularında təlim keçdilər.
İkinci hissədə isə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi vəMərkəzi Asiya İdarəsinin rəisi Əkrəm Zeynallı “Azərbaycan-Çinmünasibətləri yeni mərhələdə: gözləntilər”, BMTM-in aparıcıməsləhətçisi Mətin Məmmədli “Donald Tramp dövründə ABŞ-Azərbaycanmünasibətləri: əngəllər və fürsətlər” mövzularında təlimkeçdilər.
Təlimdə 11 media təmsilçisi iştirak edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.