AZ

Boccia üzrə respublika ikincisi: Ölkəmizi daha böyük arenalarda təmsil edəcəyimə inanıram

Bakı, 13 dekabr, AZƏRTAC

“Üç ilə yaxındır Boccia İdman Federasiyasının üzvüyəm. Bu, mənim üçüncü yarışımdır. İki dəfə üçüncü yer tutmuşam. Bu il nəticəmi bir az da yaxşılaşdıraraq, ikinci pillədə yer aldım. İnanıram ki, növbəti illərdə bir addım da irəli gedəcək və ölkəmizi daha böyük arenalarda, mötəbər yarışlarda təmsil edəcəyəm”.

Bunu AZƏRTAC-a müsahibəsində boccia idman növü üzrə "Seni Cup" Azərbaycan çempionatında ikinci yer tutan Zemfira Məcnunova deyib.

2028-ci ildə ölkəmizi Los-Ancelesdə keçiriləcək Paralimpiya oyunlarında təmsil etməyi hədəfləyən Z.Məcnunova fiziki məhdudiyyətli şəxslərə səslənib: "Bütün fiziki məhdudiyyətli vətəndaşlara məsləhət görərdim ki, gəlib bizə qoşulsunlar. Çünki həqiqətən boccia idmanı insanın sosiallaşmasında çox böyük rol oynayır. Biz bu cəmiyyətin bir parçasıyıq və uğurlarımızla Vətənimizə fayda verə, ölkəmizin inkişafında pay sahibi ola bilərik".

 

Seçilən
6
azertag.az

1Mənbələr