AZ

Konstruksiya dəyişikliyi edilən avtomobili “Tik-Tok”-da paylaşdı – həbs edildi

Konstruksiya dəyişikliyi etdiyi avtomobilini “Tik-Tok”-da paylaşan sürücü həbs edilib.

Busaat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, paytaxt əraizisində konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən həmin sürücü V.Güləliyev idarə etdiyi konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan “VAZ- 2107” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində hərəkətdə olarkən saxlanılıb. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Seçilən
14
33
busaat.az

10Mənbələr