Türkiyədə Rəqabət Şurası “Google” ilə bağlı araşdırmanın yekunlaşdığını açıqlayıb.

İndex.az xəbər verir ki, “Google” 4054 saylı Rəqabətin Mühafizəsi haqqında Qanunun 6-cı maddəsini pozduğu üçün 2,6 milyard TL cərimələnib.

Bundan əlavə, “Google”a digər təchizat tərəfi platformalarını (SSP) xidmətinə tətbiq edilənlərdən daha az əlverişli olmayan şərtlərlə təmin etmək üçün altı ay vaxt verildi.