AZ

“Hətta qəzalı vəziyyətdəki stadionumuzda da yetərincə tamaşaçı olurdu” - “Kəpəz”in azarkeşləri hardadı?

Premyer-liqanın 16-cı turunda “Kəpəz” evdə “Zirə”yə 0:4 uduzdu. PFL-in saytında yer alan protokold Tovuzda keçirilən qarşılaşmanı cəmi 150 azarkeşin izlədiyi göstərilib.

Üçqat ölkə çempionu, ölkə kubokunun dördqat sahibi üçün hədsiz biabırçı auditoriya deyilmi? İndi istənilən sünnət toyuna bundan artıq adam toplaşır. Bəs azarkeş sayındakı azalmanın əsl səbəbi nədi?

“Xəmsə” fanklubunun idarə heyətinin sədri Aqşin Əsgərovun “Football-plus.az”a cavabı:

“Son oyunda stadionda 150-dən çox azarkeş vardı. Azərbaycan çempionatı tarixində mütləq rekord bizə məxsusdu. Sadəcə, ilyarımdı komanda Gəncədə oynamır. Hətta yeni tikilən stadionun tutumunun azlığı da hazırda müzakirə mövzusudu. Ona görə ki, 25 minlik stadionunun yerinə 16 minlik tikilir. Hazırda komanda ən azı doğma şəhərdən 100 kilometr uzaqda oynayır. Azarkeşlərin gəlib-qayıtmaq imkanı olmur. Bu kimi subyektiv səbəbləri nəzərə almaq lazımdı. Protokolda yazıla bilər 150 azarkeş - amma belə deyil. Ümumiyyətlə, bizdə adam sayını azaltmaq dəbdi. Kimsə tədbir keçirir, sonra deyir 10 min adamdan cəmi yüzü gəlmişdi. “Kəpəz” ola, azarkeş sayı az ola? – absurddu, təzaddı. Sadəcə, Gəncədə oynamamaq buna təsir edir. Hətta qəzalı vəziyyətdəki stadionumuzda da yetərincə tamaşaçı olurdu. Azarkeş görmək istəyən gələn il - stadionumuz hazır olanda baxarlar. Azarkeşlərin daşınması, burdan Tovuza aparılması var. Bu gün ölkə çempionatında dominantlıq edən “Qarabağ” da azarkeş sayında “Kəpəz”ə uduzur. Avrokubok oyunlarında stadiona 20-30 min azarkeş yığan “köhlən atlar” üç gün sonra 85 adam yığır. Yeni stadionumuzun hazır olmasını gözləyirik. “Kəpəz” evdə oynamır, biz yoxuq deyə, Azərbaycan futbolu azarkeş üçün darıxıb”.

RÖYANƏ OĞUZ
Seçilən
10
football-plus.az

1Mənbələr