Dekabrın 13-də Rusiyanın hücumu zamanı Hərbi Hava Komandanlığının "Qərb" Mobil Atəş Qrupu 52 qanadlı raketi məhv edib. Ukraynalı müdafiəçilərin əməliyyatı videoya çəkilib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqramına istinadən məlumat yayıb.
Qeyd edildiyi kimi, Qalisiya-Volın radiotexniki briqadasının mühafizə tağımının pulemyot dəstəsinin komandiri, kiçik çavuş Vladimir Pşeniçnyak Rusiyaya məxsus qanadlı raketi məhv etmək üçün “İqla” daşına bilən zenit-raket kompleksindən istifadə edib.
Endirilən raket zərbəsi kritik infrastruktura ziyan vurmayıb. Qəza yeri və raketin qalıqları axtarış qrupu tərəfindən aşkar edilib.
QAZİLER.AZ