Avropa bazarında mal ətinin qiyməti nisbətən bahalaşıb. Noyabr ayında 1 kiloqramının qiyməti əvvəlki aya nisbətən 2.0% artaraq 6.2 dollarına təklif edilib.
Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin noyabr ayı üçün hazırladığı hesabatda deyilir.
Sənəd ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 10 dekabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Noyabrda Avropa bazarında qoyun əti də bahalaşıb. Qoyun ətinin 1 kiloqramının orta qiyməti əvvəlki aya nisbətən 1.6% artaraq 9.5 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Quş ətinin 1 kiloqramının dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 1.8% azalaraq 3.1 ABŞ dollarına təklif olunub.
Noyabr ayında donuz əti ucuzlaşıb. Donuz ətinin 1 kiloqramının Avropa bazarı qiyməti əvvəlki aya nisbətən 5.4% azalaraq 2.1 ABŞ dolları olub.