Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husiləri Təl-Əvivə və Aşkelondakı hərbi hədəfə pilotsuz təyyarələrlə zərbələr endirib.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə onların silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələri iki əməliyyat keçirərək işğal altında olan Aşkelon və Yaffa(Təl-Əviv) bölgəsində hərbi hədəflərə hücum edib. Hər iki əməliyyat müdafiə sistemindən yan keçə bilən iki pilotsuz uçuş aparatın köməyi ilə həyata keçirilib. PUA-lar hədəflərinə uğurla çatıblar”, - deyə məlumatda bildirilir.
Zaur, BakuPost