AZ

Özünüməşğulluq proqramı üzrə Füzuli şəhərinin sakinləri üçün yaradılmış təsərrüfatlara mediatur olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Füzuli şəhəri sakinləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib. 
 
Bu barədə Moderator.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
 
Bildirilib ki, jurnalistlərə Böyük Qayıdış Proqramı çərçivəsində öz ata-baba yurdlarına qayıtmış sakinlərin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. 
 
Qeyd olunub ki, Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 39 şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunaraq kiçik təsərrüfatları qurulub. 
 
Media nümayəndələri həmin şəxslərdən biri olan, müharibə veteranının övladı İsfəndiyarlı Ceyhun Cahid oğlunun təsərrüfatına baxış keçiriblər. O, özünüməşğulluq proqramı çərçivəsində “Dönərxana” zərfi üzrə avadanlıqlarla təmin edilib.  
 
Həmçinin proqramın dəstəyi ilə Ağayarzadə Rüstəm Akif oğlunun “Avtoşinlərin təmiri və bərpası xidmətləri”, Nəsirova Vüsalə Vahid qızının “Qadın gözəllik salonu”, Quliyev Fazil Cəmşid oğlunun “Kişi bərbərxanası” zərfi üzrə qurduqları  kiçik təsərrüfatlara baxış olub.
 
Proqram iştirakçıları onların məşğulluğunun təminatı, kiçik biznesə çıxış imkanlarına malik olmaları üçün görülən işlərdən razılıqlarını bildiriblər. Onlar öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına təşəkkürlərini ifadə ediblər.
Seçilən
14
5
moderator.az

6Mənbələr