AZ

15-ci anti-Rusiya sanksiyalar paketi dekabrın 16-da təsdiqlənə bilər

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri dekabrın 16-da, bazar ertəsi günü Rusiyaya qarşı sanksiyaların 15-ci paketini təsdiq edə bilərlər.

Bu barədə Brüsseldəki yüksək vəzifəli mənbə jurnalistlərə bildirib.

"Ümid edirəm ki, biz 15-ci sanksiyalar paketini, yeni şəxsi sanksiyaları qəbul edəcəyik", - deyə mənbə bildirib.

Görüşdə həmçinin Gürcüstandakı vəziyyət və Gürcüstan rəhbərliyinə qarşı yeni sanksiyaların müzakirəsi planlaşdırılır. Xüsusilə, söhbət rəsmi və diplomatik pasport sahibləri üçün mümkün viza məhdudiyyətlərindən gedir.

Seçilən
8
aznews.az

1Mənbələr