AZ

“Mygov” platformasının artıq 890 mindən çox istifadəçisi var

Bakı, 13 dekabr, AZƏRTAC

“Mygov” platformasının artıq 890 mindən çox istifadəçisi var. Onların 40 faizi ay üzrə aktiv istifadəçidir.

AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov dekabrın 13-də qurumun ilin yekunlarına və innovasiya sahəsində fəallığı ilə seçilən oyunçuların mükafatlandırılmasına həsr olunmuş “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı deyib.

“Mygov” platformasında artıq 1,2 milyondan çox bildiriş olub. Bu bildirişlərin 60 faizindən çoxu vətəndaşlar tərəfindən oxunur. Platforma ilə bağlı yüksək məmnuniyyət göstəricisi 4.5 olub. Həmçinin “Mygov”da 28 qurumun 374 xidməti və 40-dan çox məlumatı mövcuddur”, - deyə R.Xalıqov əlavə edib.

Seçilən
14
azertag.az

1Mənbələr