Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında bir qrup məktəb direktoru ilə görüş keçirilib.
Ucnoqta.az xəbər verir ki, görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Alqış Həsrətov, Maliyyə- iqtisadiyyat sektorunun müdiri Araz Babayev və bir qrup məktəb direktorları iştirak ediblər.
Görüşdə tədris keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni hədəflər müəyyənləşdirilib. IV və VI siniflər üzrə monitorinq qiymətləndirmələrinin nəticələri, IX və XI siniflərin buraxılış imtahanlarına hazırlıq məsələləri, eləcə də bilbacar müsabiqəsinə qeydiyyat prosesi ətraflı müzakirə olunub. Monitorinq nəticələrinə dair təhlillər aparılıb və qarşıda duran prioritet məsələlər barədə fikir mübadiləsi aparılıb.
Məktəb rəhbərlərinə konkret tapşırıqlar və tövsiyələr təqdim edilib, onların sualları ətraflı cavablandırılıb.