"Bank Respublika" ASC, Keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:
Vəzifə öhdəlikləri:
- Bankın filiallarında çalışan əməkdaşların müştərilərə göstərdikləri xidmət prosesinin monitorinqi;
- Monitorinqlər zamanı əldə edilən məlumatlara əsaslanaraq təhlilin aparılması;
- Aparılan təhlillərlə bağlı hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Bank sahəsində (İstehlak kreditləri və əməliyyat sahəsi üzrə hüquqi və fiziki şəxslərə xidmət) 2 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Komanda və insanlar ilə işləmək bacarıqları;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Məsuliyyət və detallara qarşı diqqət.
CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.
Zemfira Ms
Fins.az