AZ

Kərəmovun da iştirakı edəcəyi Rizin turnirində üç titul döyüşü olacaq

Dekabrın 31-də Saitamada (Yaponiya) azərbaycanlı döyüşçü Vüqar Kərəmovun da iştirak edəcəyi “Rizin 49” turnirində üç titul döyüşü keçiriləcək.

İdman.biz xəbər verir ki, Kərəmov braziliyalı Roberto De Souza ilə döyüşəcək.

Rəqiblər 71 kq çəki dərəcəsində kəmər uğrunda mübarizə aparacaqlar. Yüngül çəkidə isə titul uğrunda Kieji Horiquçi (Yaponiya) və Zulu Nkazimulo (Cənubi Afrika) qarşılaşacaqlar.

Saitamada ümumilikdə 12 görüş keçiriləcək və əsas döyüşdə çempion kəmərinin sahibi Çihiro Suzuki (Yaponiya) və Kleber Koike Erbst (Braziliya) kimin güclü olduğunu aydınlaşdıracaqlar.

Kərəmova gəlincə, o, sonuncu döyüşünü noyabrda keçirib və yaponiyalı Kazumasa Macimaya qalib gəlib.

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr