AZ

“Qarabağ”ın avrokubok uğursuzluğu: “Məğlubiyyətlərə səbəblərdən biri də budur”

“Qarabağ” Avropa Liqasının VI turunda “Elsfborq”a uduzub – 0:1. Qurban Qurbanovun yetirmələri 3 xalla 36 komanda arasında 33-cü sırada qərarlaşıb. Komandanın sona iki tur qalmış şansları az görünür.

Artıq kuluarlarda “Qarabağ”ın zəiflədiyi, əvvəlki kimi oynamadığı düşünülür. Komandanın Avropa Liqasındakı uğursuz çıxışı fikirləri daha artırıb. Millinin sabiq futbolçusu Aslan Kərimov “FutbolPress“ə açıqlamasında uğursuzluğun səbəblərindən danışdı:

“İlk növbədə uğursuzluğun nə olduğunu müəyyən etməliyik. Komandanı ötənilki ilə müqayisə edirik, lakin nəzərə alaq ki, oyun sayı dəyişib, format fərqlidir. “Qarabağ”ın ötən ili deyəndə “Braqa” və “Bayer”lə oyunları yada salırıq. Düzdür, bu rəqiblərlə indikilərin səviyyəsi eyni deyil. “Bayer”, “Braqa” ilə oyunlara möhtəşəm deyirdik, belə idi, ancaq oyunların senarisini xatırlayaq. Bu matçlarda kompakt müdafiə olunur, lazım olan anlarda arı kimi sanca bilirdik. Və yaxud ikinci zonada müdafiə olunanda rəqibin səhv etməsinə çalışırdıq. Bəzən bəxt amili də bizdən yana olurdu. Bu ilə baxsaq, “Tottenhem”, “Ayaks” səviyyəcə bizdən üstündür. Lakin ötən ildəki oyunlarla müqayisə edəndə fərqli situasiyalar görürük. “Tottenhem”lə oyunda rəqib azlıqda qaldı, müdafiə olunduq, üç qol buraxdıq. “Ayaks”la matçda özümüz azlıqda qaldıq. “Lion”la görüşdə də açıq futbol oynamaq istədiyimiz üçün cəzalandıq”.

Mütəxəssis “atlılar”ın enişində Premyer Liqanın səviyyəsinin də “rolu” olduğunu dedi:

“Qarabağ”ı ötən illə müqayisə etmək düzgün olmazdı. Oyun baxımından deyə bilərəm ki, komanda bu il daha açıq futbol oynayır. Belə anlarda səhvlər də qaçılmaz olur. Oyunlar uğursuz deyil, amma səhvlər həddindən artıq çoxdur. Burda “Qarabağ”ın APL-dəki rəqibləri də “günahkardır”. Belə deyək, “atlılar” burda rahat qələbə qazandığı matçlarda bəzən böyük səhvlər edirlər, lakin rəqiblərin oyunçularının keyfiyyətləri bunun qola çevrilməsinə bəs etmir. Avropa Liqasında səhvlər daha yaxşı görülür. Daxili çempionatda səviyyə fərqi var və boşluqlar demək olar, görülmür. Məğlubiyyətlərə səbəblərdən biri də budur”.

Kərimov komandanın yeni transferlərə ehtiyacı olduğunu əlavə etdi:

“Bəzi mövqelərə transfer lazımdır. Düşünürəm ki, Zubir də artıq yaşlılıq dövrünə çatıb, onu dəyişməyə ehtiyac yaranıb. Bu cür şeylər də matçlara təsir edir. Eyni zamanda oyunçuların hazırlığı da vacibdir. İndi bu haqda danışmaq çətindir, amma bu il aşkar görünür ki, oyunçular dinamikadan aşağı düşüb. Bunun səbəbini bilmirəm. Pressinqimiz, aqressiv oyunumuz ötən ilə nisbətən zəifləyib”.

Şahin Cəfərov

phrase_var_article.chosen
32
futbolpress.az

1phrase_var_article.sources