AZ

Ədliyyə naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Bakı, 13 dekabr, AZƏRTAC

Ədliyyə naziri Fərid Əhmədov dekabrın 13-də Kürdəmir şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Fərid Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Seçilən
2
4
azertag.az

7Mənbələr