Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəkiDövlət Məşğulluq Agentliyi idxal inək, qoyun, qoç, keçi, təkə, arıailəsi və digər malların və özünüməşğulluq layihəsi çərçivəsindətəchizatı işlərini alır.
Bu barədə Trend dövlətsatınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, diri çəkisi 265 kq və ondan yuxarı olan 3 yaşınadək 14400 ədəd inək, çəkisi minimum 45 kq olan 40 min ədəd qoyun, çəkisiminimum 55 kq olan 2 min ədəd qoç, çəkisi minimum 35 kq olan 10 minədəd keçi, çəkisi minimum 35 kq olan 1000 ədəd təkə, ən azı biryaşında və minimum 15000 sayda işçi arıdan ibarət 14 min ədəd arıailəsi, eləcə də 5 840 ton qarışıq yem, 700 dəst arıçı geyimi və700 ədəd bal süzən aparatın alınması nəzərdə tutulub.
Məlumata görə, artıq bununla bağlı agentlik hazırlıqlarabaşlayıb.
Qurum sözügedən işlərin icrasının 69.552.210,00 AZN-ə (69 milyon552 min 210 manat) başa gələcəyini proqnozlaşdırıb.