Beynəlxalq Cüdo Federasiyası (IJF) növbəti Olimpiya tsikli ərəfəsində yenilənmiş qaydalar toplusunu dərc edib.
İdman.biz xəbər verir ki, bu, dekabrın 14-15-də İstanbulda IJF-nin texniki toplantısında təqdim olunacaq.
Tədbirdə bütün milli federasiyalardan nümayəndələr iştirak edəcək.
“Qarşıdan gələn Olimpiya tsiklində yarış cüdosuna təsir edəcək bu dəyişikliklərin məqsədi hər qarşılaşmada qərarın idmançıların öz ixtiyarına verilməsidir”, - təşkilatın bəyanatında belə deyilir.
Yeni qaydalar beynəlxalq səviyyədə ilk dəfə gələn ilin fevralında Parisdə keçiriləcək "Böyük Dəbilqə" turniri zamanı tətbiq olunacaq. Onlar Budapeştdə keçiriləcək dünya çempionatına (13-20 iyun 2025-ci il) kimi istifadə olunacaq və sonra yenidən baxılacaq.
Qarşıdakı həftələrdə qaydaların və onların tətbiqinin izahının vacib mərhələsi başlayacaq.
Hakimlik qaydalarına texniki dəyişikliklər aşağıdakılardır:
- Yuko üçüncü xalın əlavə edilməsi, ne-vazada bu, 5 saniyədə veriləcək.
- Fənd atmaq və müdafiə üçün başdan istifadəyə icazə verilir, amma kadet yarışları istisnadır - orada bu, şido ilə cəzalandırılacaq.
- Kimonolardan bütün tutmalara və kəmərin altından daxili budun yuxarı səviyyəsinə qədər tutmağa icazə verilir, lakin kimono tutmadan və ya kəmərin altından daxili budun yuxarı səviyyəsinə qədər mənfi şəkildə istifadə edilərsə, şido veriləcək.
- Əl və qolları ayaqlara ilişdirmək, ayaqdan tutmaq, şalvardan tutmaq və budun daxili hissəsindən aşağıya toxunmaq qadağandır və şido ilə cəzalandırılır.
- Kumi-kata hücum etmək üçün 30 saniyə vaxt veriləcək.
- Taçi-vazada ayı kilidinə icazə verilir, ancaq dairə meydana gətirən əllərin və ya əllər və qolların bir-birinə bağlanması halı istisnadır və o, şido ilə cəzalandırılacaq.
- Taçi-vaza və ne-vazada yarış zonasını tərk edənlərə “Mate!” veriləcək.
- Fənd atışları yerinə yetirərkən tətbiq edilən kansetsu-vaza zamanı yüksək zədə riski olarsa (uke qaça bilmədiyi yerlərdə) hansoku-make ilə cəzalandırılacaq. Bir qolda iki əllə icra edilən, texnikalarla tətbiq olunan, zədə riski daha az olan (ukenin qaçmaq imkanı olan) kansetsu-vaza üçün “Mate!” və "Şido!" olacaq.
- Ne-vazada müsbət aktivlik nəzərə alınacaq.
- Tərs seoi-nageyə icazə verilir, amma kadet yarışları istisnadır - orada bu, şido ilə cəzalandırılacaq.
İdman.biz