AZ

“Panatinaikos”la oyuna Azərbaycan klububun bazasında hazırlaşacaqlar

style='margin-bottom:10px;'>

Minskin “Dinamo” komandası Konfrans Liqasının sonuncu - 6-cı turunun oyununa Azərbaycanda hazırlaşacaq.

QOL.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Vadim Skripçenko məlumat verib. 

“Dinamo” dünən Konfrans Liqasının 5-ci turunda Şimali İrlandiyanın “Larn” komandası ilə Sumqayıtda qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

Matçdan sonra təşkil edilən mətbuat konfrasında belaruslu mütəxəssis deyib ki, komandası yaxın 1 həftəni Bakıda keçirəcək.

“Qarşıdakı 5 gündə “Sabah”ın bazasında məşq edəcəyik. Bu klub bizə belə bir imkan yaradıb” - deyən baş məşqçi KL-in 6-cı turunun “Panatinaikos”la oyununa sabahdan start verəcəklərini deyib.

Dekabrın 17-də isə “Dinamo” həmin oyun üçün Afinaya yola düşəcək. Oyun dekabrın 19-da keçiriləcək.

Xatırladaq ki, Rusiya - Ukrayna müharibəsinə görə UEFA Belarus klublarına öz ölkələrində avrokubok matçları keçirməyi qadağan edib. Bu səbəbdən “Dinamo” Minsk bu mövsüm Liqa mərhələsində ev matçlarını Sumqayıtda keçirib.

Seçilən
54
1
teleqraf.com

2Mənbələr