İsrail Müdafiə Qüvvələrinin bölmələri Colan təpələrindəki bufer zonada strateji mövqelərə yerləşdirilib. Eyni zamanda Suriya sərhədindəki ayırma xətti yaxınlığında mühəndis-istehkam işlərini gücləndirir.
Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Həmçinin, 474-cü briqada Suriya sərhədində mühəndis səddini gücləndirir və İsrail vətəndaşlarının, xüsusən də Colan təpələri sakinlərinin təhlükəsizliyini təmin etmək üçün müdafiə missiyasını həyata keçirir”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, son günlər İsrail ordusu 1974-cü il müqaviləsinin şərtlərini pozaraq Suriyanın cənubundakı Qolan bölgəsində bufer zonasını və ona bitişik bir sıra rayonları nəzarət altına alıb. Hərbi Hava Qüvvələri isə Suriya ərazisindəki hədəfləri bombalayır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta