AZ

“Bakı Sığorta”nın lisenziyası ləğv edildi

“Bakı Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 4 sentyabr tarixli lisenziya ləğv edilib.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə ləğv olunub.

“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

"Cebheinfo.az"

Seçilən
10
26
cebheinfo.az

10Mənbələr