AZ

Dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib - FOTO

Dekabrın 13-də Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki,  Bakı Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Ardınca Azərbaycan Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bütün komandalara uğurlar arzulayıblar. 

Turnir açıq elan edildikdən sonra ilk turun oyunu keçirilib. Baş Prokurorluq ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC qarşılaşıblar. Oyun Baş Prokurorluğun qələbəsi ilə başa çatıb - 5:1.

phrase_var_article.chosen
22
ikisahil.az

1phrase_var_article.sources