AZ

Azərbaycanda bu tarixdə fırtınalı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

News24.az xəbər verir ki, bu barədə "report"a Agentliyin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, sabahdan Cəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb, şimal küləyi dekabrın 15-i səhər saatlarına kimi davam edəcək.

Belə ki, küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-37 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 3-4 m.-ə, sonrakı inkişafda isə 6-8 m.-ə çatacağı proqnozlaşdırılır.

 

Seçilən
17
28
bizimshow.az

10Mənbələr