Almaniyada Yussuf Mukokonun yaşı ilə bağlı qalmaqal yaranıb.
İdman.biz xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Dortmund "Borussiya"sında çıxış edən futbolçunun yaşının 20 yox, 24 olduğu xəbəri gündəmi dəyişib. Bu barədə onun atası Cozef açıqlama verib. O, uşaq vaxtı Yussufun yaşının dəyişdirildiyini etiraf edib. Ata oğlunun 2004-cü il noyabrın 20-də doğulmadığını deyib. Cozef Kamerunun paytaxtı Yaundedə saxta sənəd düzəltdyini və onun 2020-ci il iyunun 19-da anadan olduğunu açıqlayıb.
İdman.biz