Hətta Ukraynada atəşkəs rejiminin tətbiqi və Moskva ilə Kiyev arasında münaqişənin sona çatması ilə belə, Varşava öz hərbi qüvvələrinin bu sülhməramlı missiyada iştirak ehtimalını rədd etməsə də, Ukraynaya mümkün qoşun göndərilməsinin nəticələrindən ehtiyat edir. AFN.az xəbər verir ki, bu barədə Polşanın RMF FM radiostansiyası yazıb.“Brüsseldə üstünlük təşkil edən fikir ondan ibarətdir ki, Polşa öz qoşunlarını Ukraynaya Rusiya və Ukrayna arasında bufer zonasında nəzarət rolunu oynayacaq sülhməramlı qüvvələrin bir hissəsi kimi göndərməyəcək. Amma bu o demək deyil ki, Varşava ümumiyyətlə bu işdə iştirak etməyəcək”, - deyə nəşr yazır.Polşa Milli Təhlükəsizlik Bürosunun (BNB) rəhbəri Yaçek Severa bildirib ki, Polşa Ukraynaya qoşun göndərməkdən imtina edir, çünki bu addım ölkəni parçalamaq cəhdi kimi qəbul edilə bilər. "Polşanın maraqları, eləcə də Polşanın müttəfiq öhdəlikləri baxımından belə bir qərar oyunun bir hissəsi deyil" - deyə o, qeyd edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta