AZ

Qərb Ukraynanın indiyə qədər üzləşdiyi ən böyük itkini proqnozlaşdırıb

Krasnoarmeysk (Pokrovsk) Rusiyanın nəzarəti altına düşməsi Ukrayna üçün son dövrlərin ən mühüm itkilərindən biri olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin mühüm logistika mərkəzi olan Pokrovskın süqutu Ukraynanın son aylar ərzində verdiyi ən böyük hərbi itkilərdən biri olacaq. Ukrayna ordusunun şəhər ətrafındakı yol şəbəkəsinə çıxışının azaldılması Kiyev qoşunlarının şəhərin hər iki tərəfindəki əraziləri saxlamasını çətinləşdirəcək və bu, Rusiyaya cəbhə xəttini möhkəmləndirməyə və irəliləməyə imkan verəcək”, - məqalədə deyilir.

Agentlik vurğulayır ki, bu region Ukraynanın bir vaxtlar inkişaf edən polad sənayesi üçün yeganə kokslaşan kömür mənbəyi olan mədənin mövcudluğuna görə vacibdir.

Seçilən
8
operativmm.az

1Mənbələr