AZ

"Azərbaycan Sənaye Korporasiyası" işçi axtarır - MAAŞ 2200 MANAT - VAKANSİYA

Azərbaycan Sənaye Korporasiyası

Böyük mühasib

 Son tarix 13 yan 2025 - [email protected]

Fuksional vəzifələr

  • Müəssisənin əmlakları üzrə İcarəçilər və Alıcılarla hesablaşmaların 1C-də aparılması;
  • Müəssisənin bank hesablarına daxil olan mədaxillərin 1C-də işlənməsi və bank qalıqlarına nəzarət;
  • 1C -də “Ay bağlanması” əməliyyatı üzrə müvafiq hesabların yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması,
  • İcarə və digər satış müqavilələrinin 1C ERP sisteminə daxil edilməsi və müqavilələrə nəzarət;
  • İcarələr üzrə şirkətin aidiyyatı şöbələri və müəssisələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət;
  • Müəssisənin Debitor və Kreditorları ilə Üzləşmə aktlarının tərtibi və imzalanmasına nəzarət;
  • Müəssisənin İcarəci və Alıcılarının ödəmə müddəti keçmiş borcları üzrə məhkəmə proseslərinin aparılması üçün tələb olunan sənədlərin tərtibi;
  • Debitor borcların nəzarətdə saxlanılması üçün iclasların təşkil olunması;
  • İclas protokollarının tərtibi və icrada olan məsələlərin nəzarətdə saxlanılması;
  • Muhasibat uçotu şöbəsinin vəzifələrinə aid edilmiş məsələlər üzrə digər işlər;
  • Müəssisədə tətbiq edilən bütün təlimatlara, qaydalara və sair prosedur və tələblərə riayət.

Namizədə dair tələblər

  • Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr arzu olunandır);
  • Muhasibat uçotu sahəsi üzrə minimum 3 il iş təcrübəsi; 
  • Vergi uçotu üzrə biliklər; 
  • Maliyyə-uçot sahəsi üzrə müvafiq sertifikatlar (yerli və beynəlxalq); 
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi; Xarici dil (ingilis, rus) biliyi arzu olunandır;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilmək;
  • Analitik təhlil və problem həlletmə bacarığı;
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklər arzu olunandır.

İş şəraiti:

  • İş qrafiki: 09:00-18:00 / Bazar ertəsi – Cümə 
  • Əmək haqqı: 2200 AZN gross
  • Şəhər: Bakı

Göstərilən  tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Muhasibat uçotu şöbəsinin böyük muhasibi” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd Bildirilir ki, elan analıq məzuniyyətində olan əməkdaşın əvəz olunması məqsədilə verilir və işçi minimum 1 (bir) il müddətinə işə qəbul olunacaq. 

Seçilən
11
fed.az

1Mənbələr