AZ

Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq "ölü canlar" əməliyyatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin Maliyyə uçotu sektorunun mühasib-məsləhətçisinə cinayət işi açılıb.
 
Moderator.az Publika.az-a istinadla xəbər verir ki, məmur barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı) maddələri ilə iş başlanılıb.
 
Müəyyən edilib ki, qurumun mühasibi Gəncədə vəfat etmiş 11 nəfərin məlumatlarını saxtalaşdırıb. O, həmin şəxsləri sağ kimi göstərərək, onların bütün pensiya məbləğlərini bir neçə il ərzində öz yaxınlarının adlarına olan kartlara köçürüb. Bu yolla məmur dövlət büdcəsindən 162 min manat pulu gizli şəkildə mənimsəyib.
 
Onun 2006-2018-ci illər arasında bu əməllərlə məşğul olması bilinib.
 
Faktla bağlı açılmış cinayət işinin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Seçilən
10
26
moderator.az

10Mənbələr