AZ

Kompani “Maynts”la oyundan gözləntilərini açıqladı

“Bayern”in baş məşqçisi Vensan Kompani Almaniya Bundesliqasının 14-cü turunda “Maynts”la səfər oyunundan gözləntilərini açıqlayıb.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz rəqiblərimizə çox hörmət edirik. Asan oyunların olmadığını bilirik. Kubok oyunundan əvvəl, oyunların nə qədər təhlükəli ola biləcəyindən danışılırdı. Biz özümüzü sübut etməliyik, amma biz həmişə komandamıza inanırıq”, deyə Kompani vurğulayıb.

Xatırladaq ki, “Maynts” – “Bayern” oyunu dekabrın 14-də baş tutacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 18:30-da başladacaq.

13 turdan sonra “Bayern” 33 xalla Bundesliqanın lideridir. “Maynts” isə 19 xalla 9-cu pillədədir.

Seçilən
18
arena.az

1Mənbələr