AZ

Aİ Türkiyə üzərindən Suriyaya humanitar yardım göndərəcək

Aİ Komissiyasının sözçülərindən Eva Hrncirova gündəlik mətbuat konfransında bildirib ki, Aİ Suriyaya Adana üzərindən nəql ediləcək humanitar yardım göndərməyə hazırlaşır.

Hrncirova bildirib ki, ilk mərhələdə Dubayda saxlanılan 50 ton yardım hava yolu ilə, Danimarkada saxlanılan 46 ton yardım isə quru yolu ilə Adanaya daşınacaq.

Sözçü quru yolu ilə göndəriləcək yardımların daha çox səhiyyə, təhsil və sığınacaq materiallarından ibarət olacağını bildirib.

Hrncirova yardımın paylanmasının Suriya daxilində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə təşkil ediləcəyini bildirib.

Seçilən
8
1
aznews.az

2Mənbələr