AZ

Etdiyi hərəkətə görə “Sportinfo”nun vasitəsilə hər kəsdən üzr istədi

“Şamaxı” çətin Tovuz səfərindən xalla qayıtmağa yaxın idi.

Oyunun son saniyələrinə qədər 2:2-ni qorumağı bacaran “şirlər” yekunda qapısından buraxdığı topla məğlub oldu.

Komandanın ən yaxşılarından biri, bəlkə də birincisi məhz “Turan Tovuz”dakı çıxışı ilə tanınan Belajdi Pusi idi.

Albaniyalı forvard hesabı açdı, ikinci qolda iştirak etdi, matçın sonlarında vurduğu qol isə qeydə alınmadı.

Pusi Sportinfo.az-a verdiyi müsahibədə qarşılaşma ilə bağlı danışıb.

- Tovuzdakı stadionda bu dəfə qonaq qismində mübarizə apardığını nəzərə alsaq, azarkeşlərin təzyiqinin necə hiss yaratdığını deyə bilərsən?

- Burada oynamaq həqiqətən xoş hislərdir. Hər dəfə əsl futbol atmosferi yaşanır. Lakin mən özümü qonaq kimi hiss etmirdim. Çünki bura mənim evimdir. “Şamaxı”nın uğuru üçün çalışıb, buradan uğurlu nəticə ilə ayrılmaq istəyimə baxmayaraq, hansısa gərginlikdən söhbət gedə bilməzdi. Yenidən Tovuza gəldiyimə və buradakı dost-tanışlarımı görməyimə görə şadam. Lakin yekun nəticə məni məyus etdi.

- “Turan Tovuza”a qarşı hansısa prinsipiallıq yox idi?

- Xeyr-xeyr. Tovuzda 2 gözəl il keçirmişəm, saysız dostlar qazanmışam ki, bu gün onları gördüm. Meydanda istəkli olduğumuza görə deyirsinizsə, bu, peşəkarlıqdan irəli gələn istəkdir. “Şamaxı”nın turnir cədvəlindəki mövqeyi bizi razı salmır. Xalların sayını artırmaq üçün hər birimiz meydanda can qoyuruq.

- Niyə məğlub oldunuz?

- İlk yarıda möhtəşəm oynadıq. Fasilədən sonra müəyyən epizodlarda diqqətsizlik etdik, səhvlərə yol verdik. Rəqib də bundan yararlandı. Rəqibin üzərimizə gəlməsinə imkan verməklə səhv etdik. Növbəti oyunlarda bu kimi hallara diqqət yetirməliyik.

- Vurduğun qolu çılğınlıqla qeyd etdin. Yadımdadır ki, Georgi Kantariya “Kəpəz”in qapısına yol tapanda, sabiq komandası olduğu üçün qola xüsusi şəkildə sevinməmiş, əksinə, gəncəli fanatlardan üzr istəmişdi.

- Tovuza gələndə yolda özümə söz vermişdim ki, qol vursam, sevinməyəcəyəm. Yəni düşüncəm belə idi. Ancaq oyunun gərginliyi o dərəcədə yüksək idi ki, qol vuran anda özümə verdiyim sözü unutdum. Bu da dediyim kimi, “Şamaxı”nın vəziyyəti ilə bağlıdır. Əlimdən gələni edirəm ki, şərəfini qoruduğum komandaya kömək edim. Tovuzlu azarkeşlərin məni anlayışla qarşılamasını istəyirəm. Saytınız vasitəsilə onlardan üzr istəyirəm.

HƏBİB

Seçilən
26
sportinfo.az

1Mənbələr