AZ

Daliç yığmamızın qrupunu daha çətin sayır

"Bizim Azərbaycan və İslandiya kimi uzaq səfərlərimiz olacaq".

İdman.biz xəbər verir ki, bunu futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç deyib..

Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin püşkünü dəyərləndirib. O, Millətlər Liqasının pley-offunda qələbə qazanacaqları bu təqdirdə qarşılaşacaqları rəqiblər haqqında danışıb: "Hələlik kiminlə üz-üzə gələcəyimiz dəqiq deyil. D qrupunda işlər daha qəliz görünür. Ukraynanın gücünü nəzərə almaqla yanaşı, Azərbaycan və İslandiya kimi çətin səfərlər ola bilər. L qrupunda işlər daha asan olduğunu demək mümkündür".

Qeyd edək ki, Xorvatiya pley-offun nəticəsindən asılı olaraq D və ya L qrupunda yer alacaq.

İdman.biz

Seçilən
48
idman.biz

1Mənbələr